Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum olub
22 mart 2025 586
“Ferrari”nin britaniyalı pilotu Luis Həmilton “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının ikinci mərhələsi – Çin Qran-prisinin sprint yarışının qalibi olub.
Şanxayda keçirilən yarışda ikinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri tutub. Üçüncü yeri “Red Bull” komandasından niderlandlı Maks Ferstappen qazanıb.
“Formula-1”də sprint yarışları 2021-ci ildən keçirilir. Sprintdə qalib gələn pilot çempionatın ümumi hesabına 8 xal qazanır. Həmilton belə bir yarışı ilk dəfə qazanıb. Britaniyalı sprint yarışını qazanan ilk “Ferrari” pilotu olub.
Həmiltonun 40 yaşı var, o, “Formula”1-in yeddiqat çempionudur. Britaniyalı pilot “Ferrari” komandasında ikinci Qran-prisini keçirir. 2013-cü ildən pilot “Mercedes”də, 2007-2012-ci illərdə isə “McLaren”də çıxış edib.
Yarışın sıralama turu şənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 11:00-da başlanacaq. Yarış bazar günü saat 11:00 start götürəcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı