Çingiz Hüseynzadə: “İdmanın gözəlliyi onun ədalətindədir”
19 may 2026 - 15:23 291
“Bu gün bütün dünyada Dünya Ədalətli Oyun Günü qeyd olunur”.
Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda Ədalətli Oyunlar Komissiyası artıq 28 ildir fəaliyyət göstərir və bu müddət ərzində idmanda ədalət prinsiplərinin təbliği istiqamətində mühüm işlər görülüb:
“Bu gün komissiyanın ötən ilin yekunlarına əsasən müəyyənləşdirdiyi nominasiyalar üzrə qaliblərini mükafatlandırdıq. Azərbaycanın tanınmış idmançıları, məşqçiləri və hakimləri bu mükafatlara layiq görüldülər. İdmanın əsas prinsipi ədalətdir. İdmanın gözəlliyi də məhz onun ədalətindədir. Ölkəmizin idman ictimaiyyətini Dünya Ədalətli Oyun Günü münasibətilə təbrik edirəm. Bu illər ərzində hər zaman bu dəyərləri qorumağa çalışmışıq və bundan sonra da ədalətli oyun prinsiplərinin geniş təbliği istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.”.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı