Çingiz Hüseynzadə: “Medalların hansı şəkildə dəyişdiriləcəyi müəyyənləşir”
18 fevral 2025 895
“Milli Olimpiya Komitəsi olaraq medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə öz müraciətimizi etmişik”.
Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı medalların yararsız hala düşməsi və mümkün dəyişikliyi barədə danışarkən deyib.
“Hazırda məsələ ilə bağlı Fransa Təşkilat Komitəsi medalları hazırlayan şirkətlə danışıqlar aparır. Medalların hansı şəkildə dəyişdiriləcəyi müəyyənləşir. Yəqin ki, bizə məlumat veriləcək və medallar yenilənəcək”.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (-73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (-100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı