Çingiz Hüseynzadə mükafatlandırma mərasimində iştirak edib
10 noyabr 2025 - 19:12 574
VI İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə qarışıq komanda yarışlarının mükafatlandırma mərasimi keçirilib.
Olympic.az xəbər verir ki, mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.
Azərbaycanın cüdo üzrə millisi qarışıq komanda yarışlarının finalında Özbəkistan yığmasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 2 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurmuşdular.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı







