Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasına yekun vurulub
09 avqust 2023 626
İyulun 28-dən avqustun 8-dək Çinin Çendu şəhərində XXXl Yay Universiadası keçirilib. Yarışda Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 86 atlet 16 idman növündə (atletika, akademik avarçəkmə, atıcılıq, badminton, basketbol, cüdo, bədii gimnastika, idman gimnastikası, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis, voleybol, kamandan oxatma, uşu) təmsil edib.
Azərbaycan idmançılarından bədii gimnastımız Zöhrə Ağamirova 2 gümüş (gürzlərlə və halqa ilə) və 1 bürünc (lentlə) medal qazanıb.
Cüdoçularımızdan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib olublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz qazanıb. Minayə Əkbərova (taekvondo, 46 kq) və Bəhman Nəsiri (akademik avarçəkmə) də bürünc medal əldə ediblər.
Azərbaycan ən çox sayda idmançı ilə Çenduda (86 nəfər) təmsil olunub. Müqayisə üçün bildirək ki, ölkəmiz 2019-cu ildə Neapolda 22, 2017-ci ildə Taybeydə 19 və 2015-ci ildə Kvancuda 12 idmançı ilə təmsil olunub.
İdmançılarımız Universiadada ümumilikdə 3 gümüş, 6 bürünc medala sahib olublar.
Bununla da Azərbaycan idmançıları son 4 Yay Universiadasından ən çox medalı Çenduda qazandılar. Tələbə idmançılarımız bundan öncə Neapolda (İtaliya, 2019-cu il) 7, Taybeydə (Tayvan. 2017-ci il) 8, Kvancuda (Çin, 2015-ci il) 3 medal qazanıblar.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı