Çinli pilot: Bakı trasında qızğın mübarizə gedəcək
12 sentyabr 2024 1086
"Bakı trasında qızğın mübarizə gedəcək. Buna baxmayaraq, bizim yaxşı çıxış etmək şansımız var".
Bu sözləri “Alfa Romeo” komandasının pilotu Quanyuy Çjou Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Çinli sürücü motivasiyasının yüksək olduğunu bildirib: "Mükəmməl şəhərin çətin trekində yarışacağıq. Gözləntilər böyükdür. Yaxşı nəticə üçün yarış zamanı həyəcanımı gizlətməyə çalışacağam".
O, hər yarışın təkmilləşmək üçün yaxşı fürsət olduğunu söyləyib: "Belə fürsətlərdən istifadə etmək lazımdır. Xoşagəlməz hallara yol vermədən, inamlı şəkildə mübarizə aparacağam".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı