Ciu-citsunun Nevaza növü üzrə Respublika Çempionatı və Assosiyasiya Kuboku keçirilib
10 mart 2025 769
Martın 9-u Qobustan Olimpiya İdman Kompleksində Ciu-citsu üzrə Respublika çempionatı və Assosiyasiya kuboku keçirilib. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Ciu-citsunun Nevaza növü üzrə təşkil olunan yarışda 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Ciu-citsu federasiyası tərəfindən təyin olunan çəki dərəcələri və bütün yaş qrupları üzrə baş tutan mübarizədə ilk 3 yeri tutan idmançılar fəxri kürsüyə yüksəliblər. Qaliblərə müvafiq olaraq, qızıl, gümüş, bürünc medallar həmçinin diplomlar və hədiyyələr təqdim olunub. Nəticələrə əsasən ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək yığma komandanın tərkibi formalaşdırılıb.
Yarışın bu dəfə paytaxtdan kənarda keçirilməsinin məqsədi regionlarda idmanın inkişafına və sağlam ruhlu gənclərin yetişməsini təmin etməkdir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı