Corco Armaninin xatirəsi Olimpiadanın açılışında yad ediləcək
25 oktyabr 2025 - 14:01 605
Gələn ilin əvvəli İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasiminin təfərrüatını açıqlayıblar.
“Associated Press” agentliyinə istinadən, həmin mərasim zamanı sentyabrda vəfat edən əfsanəvi italiyalı modelyer Corco Armaninin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Dizayner uzun illər ərzində İtaliya yığmasının formasının hazırlanması ilə məşğul olub.
Bununla yanaşı, ilk dəfə idmançıların paradı eyni vaxtda müxtəlif şəhərlərdə təşkil edilən 4 platformada həyata keçiriləcək.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-da Milanda “San-Siro” stadionunda start götürəcək və fevralın 22-nə qədər davam edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı