Çövkən üzrə “Super Kubok”un qalibi bəlli olub
05 yanvar 2025 897
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı (ARAF) ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə “Super Kubok”un final oyunu keçirilib.
ARAF-dan verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir təntənəli bağlanış mərasimi ilə davam edib.
Bağlanış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı, tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.
“Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası ilə çövkən üzrə “Prezident Kuboku”nun qalibi “Elit” komandası mübarizə aparıb. Gərgin və dinamik oyunun sonunda “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Super Kubok”un sahibi olub.
Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
