Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
01 dekabr 2024 791
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçirilən ölkə çempionatında fərdi yarışların qalibləri müəyyənləşib.
Bakı İdman Sarayında keçirilən çempionatda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Acelya Toprak (57 kq), kişilərin yarışında isə Murad Fətiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl medal qazanan idmançılar olublar.
Qeyd edək ki, dekabrın 1-də çempionatda komanda yarışı baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı