Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına Çexiyada hazırlaşır
08 iyul 2025 - 10:34 648
Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan milli komandası Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət millinin məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.
Üç gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı