Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
05 aprel 2024 1291
Aprelin 6-7-də Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 29 ölkədən 375 idmançı qüvvəsini sınayacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Komandamızın heyətində Ramilə Əliyeva (-48 kq), Nərgiz Hacıyeva (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi -70 kq) və Nərmin Əmirli (-78 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev, Arzu Acalova və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı