Cüdoçularımız Avropa Kubokunda mübarizəyə başlayırlar
20 aprel 2024 1094
Bu gün İtaliyanın Liqnano şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib. 29 ölkədən 464 (301 oğlan, 163 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.Komandamız turnirdə yalnız oğlanların mübarizəsində 14 cüdoçu ilə təmsil olunur.
Yarışın ilk günündə oğlanlar arasında 2 çəki dərəsində 6 cüdoçumuz tatami üzərinə çıxacaq.
-60 kq çəkidə Nizami İmranov, Nurlan Kərimli və Babarəhim Mirzəyev, -66 kq çəkidə isə Zahir Ağazadə, Məhəmməd Musayev və Eltac Yusifli mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı