Cüdoçularımız Daşkənddən 2 bürünc medalla qayıdıb
09 mart 2021 1369
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.
Turnirin sonuncu günündə üç cüdoçumuz mübarizə aparıb. Komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) ilk görüşdə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks Stüart və estoniyalı Klen Kalyualidə qalib gələrək yarımfinala vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşdə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyev ilə qarşılaşmanı qələbə ilə başa vuraraq üçüncü yeri tutub.
Beləliklə, turnirə 12 idmançı ilə qatılan Azərbaycan komandası yekunda 2 bürünc medal qazanıb. Ötən gün Rüstəm Orucov (73 kq) da millimizin aktivinə bürünc medal yazdırıb. Bu nəticə ilə komandamız 14-cü pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı