Cüdoçularımız Türkdilli Dövlətlərin III Universiadasında iştirak edəcəklər
03 sentyabr 2025 - 13:31 679
Bu gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin III Universiadasına start verilib. Olimpnews.az xəbər verir ki, sentyabrın 9-dək davam edəcək multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Yarışlarda ölkəmiz ümumilikdə 9 çəki dərəcəsində 9 (7 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək. Kişilərin yarışında Bahadır Feyzullayev (-60 kq), Nurlan Kərimli (-66 kq), Mehdi Cəfərov (-73 kq), Mehdi Abbasov (-81 kq), Cəsur İbadlı (-90 kq), Əli Qazıməmmədov (-100 kq) və Qurban Məmmədli (+100 kq) tatami üzərinə çıxacaq. Qadınların yarışında isə -48 kq çəki dərəcəsində Könül Əliyeva -70 kq çəkidə isə Südabə Ağayeva mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı