Cüdoçumuz Avropa çempionatının bürünc medalını qazandı
23 aprel 2025 527
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatına start verilib.
Yarışın ilk günündə Azərbaycan komandasının 4 çəki dərəcəsi üzrə 5 idmançısı mübariəzəyə başlayıb.
Komandamız ilk yarış gününü bir bürünc medalla başa vurub. Yeganə medalı komandamıza -60 kq çəki dərəcəsində qüvvəsini sınayan Əhməd Yusifov qazandırıb. 1/16 finalda israilli İzhak Aşpizi mübarizədən kənarlaşdıran idmançımız növbəti mərhələdə rumıniyalı Aleksanrdu Mateni məğlub edib. 1/4 finalda fransalı Luka Mxiedzeyə məğlub olan idmançımız təsəlliverici görüşdə komanda yoldaşı Turan Bayramova qalib gəlib. Cüdoçumuz üçüncü yer uğrunda həlledici görüşdə ispaniyalı Fransisko Qarriqosanı məğlub edərək bürünc medala layiq görülüb.
Qeyd edək ki, bu gün mübarizə aparan komandamzın digər üzvlərindən Turan Bayramov (-60 kq), Ruslan Paşayev (-66 kq), Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) ilk mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.
Xatırladaq ki, aprelin 26-dək davam edəcək fərdi yarışdarda Azərbaycan komandası 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunur.
Aprelin 27-də isə cüdoçular komanda yarışlarında güclərini sınayacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı