İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
29 oktyabr 2026 - 11:30 33
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədim uğurlu nəticə qazanmaqdır”.
Bu sözləri Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının cüdoçusu İbrahim Talıbov (-55 kq) deyib.
Gənc idmançı yarışa hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib.
“Yarışa hazırlıq prosesimiz yüksək səviyyədə keçib. Həm ölkə daxilində, həm də xaricdə təşkil olunan təlim-məşq toplanışlarında iştirak etmişik. Hazırlıq zamanı üzərimizdə olan çatışmazlıqları aradan qaldırmaq, texniki və taktiki bacarıqlarımızı təkmilləşdirmək, eləcə də yarışa daha yaxşı hazırlaşmaq üçün çalışmışıq. Hazırda özümü yaxşı formada hiss edirəm və yarışa tam hazır olduğuma inanıram. Dakar-2026-da ölkəmizi layiqincə təmsil etmək, uğurlu nəticə qazanmaq əsas məqsədimdir. İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”, – deyə İbrahim Talıbov bildirib.
Bənzər xəbərlər
Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədimiz yüksək nəticə qazanmaqdır”.
Bu sözləri cüdo ... Ətraflı
Oyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”
“Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında əsas məqsədimiz uğurlu nəticələr qazanaraq ... Ətraflı