Xəbərlər

Cüdoçumuz Gültac Məmmədəliyeva Qazaxıstanda “Böyük dəbilqə” turnirində üçüncü olub

16 iyun 2023 319

Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində ilk medalını qazanıb.

Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Gültac Məmmədəliyeva üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.

İyunun 18-dək davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

Cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edirlər.