Cüdoçumuz Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən dünya çempionatının qızıl medalını qazandırıb
20 may 2024 792
Mayın 20-də Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında -73 kq. çəki dərəcəsində dünya reytinqində ilk pillədə qərarlaşan cüdoçumuz Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb. Sonuncu dəfə bu titulu 2013-cü ildə Braziliyada keçirilən dünya çempionatında Elxan Məmmədov əldə edib.
Çempionat boyu Heydərov gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda o, hazırkı Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Azərbaycan bayrağını dalğalandırıb.
İlk dəfə Dünya çempionatında finalda mübarizə aparan Heydərov bundan əvvəl bu turnirdə üç bürünc medal qazanıb. Bundan əlavə, bu il o, Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə Avropa çempionu titulunu təmin edib. Belə ki, o, artıq həm dünya, həm də Avropa çempionu kimi 2024 Paris Yay Olimpiya Oyunlarını fəth etməyə hazırdır.
İdmançımıza Olimpiya səyahətində uğurlar arzulayırıq!
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı