Cüdoçumuz Paris-2024-də mübarizəni dayandırdı
30 iyul 2024 1318
Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində cüdo yarışlarının dördüncü gününə start verilib.
Komandamızın üzvü Zelim Tçkayev də tatami üzərinə çıxıb.
-81 kq çəki dərəcəsində yer alan idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Cüdoçumuz ilk görüşdə fransalı Umar Alfa Dyaloya məğlub olaraq mübarizəni dayandırıb.
Avqustun 2-dək davam edəcək cüdo yarışlarında daha üç idmançımız tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən komandamızın aktivində hələlik bir qızıl medal var.
Komandamıza yeganə medalı -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Hidayət Heydərov qazandırıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı



