Cüdoçumuz Zelim Kotsoyev dünya çempionu oldu!
23 may 2024 2259
Mayın 23-də -100 kq çəki dərəcəsində dünya reytinqində 5-ci olan Zelim Kotsoyev Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan cüdo məktəbinin fəxri yetirməsi olan 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib.
Zelimin rəqibləri arasında Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu ispaniyalı Nikoloz Şerazadişvili də olub. Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək dünya çempionu titulunu qazanıb.
Zelim Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub. Qeyd edək ki, dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.
Zelimə Olimpiya səfərində uğurlar arzulayırıq!
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı