Dağ velosipedçilərimiz Skoype sınağını başa vurdular
23 iyul 2025 - 16:47 392
Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Kumanovada keçirilən dağ velosipedi üzrə yarışlar başa çatıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, qitənin 27 gənc qız velosipedçisinin mübarizəsində ölkəmizi təmsil edən Marina Akimova yarışı 26-ci yerdə tamamlayıb. Festivalda isveçrəli Yaelle Klauser (55:56), isveçli Lili Temar (57:33) və polşalı Nataliya Piroq (57:53) müvafiq olaraq, yarışın mükafatçıları sıranısda yerə alıblar.
Oğlanların mübarizəsində 34 iştirakçı arasında yer alan velosipediçimiz Əli Zeynalzadə isə festivaldakı çıxışını 29-cu yerdə tamamlayıb. Bu kateqoriyada qızıl medalın sahibi belçikalı Lar Peers olub - 59:06. Fransalı Lukas Rodriqes (1:00:09) gümüş, sloveniyalı Lenart Dejak (1:00:26) bürünc mükafata yiyələniblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı