Daha bir cüdoçumuz Skopye-2025-in final mərhələsinə vəsiqə qazandı
23 iyul 2025 - 15:45 592
Skopye-2025 çərçivəsində keçirilən daha bir cüdoçumuz final mərhələsinə vəsiqə qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, -48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda macarıstanlı Viktoria Kissi ipponla məğlub edib. İdmançımızın finaldakı rəqibi Fransa təmsilçisi Selin İddir olacaq.
Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçularımızdan Zeyd Ələsgərov (-60 kq) final, Aysun Məmmədova (-52 kq) isə bürünc medal uğunda görüşə çıxacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı