Daha bir stolüstü tennisçimiz EYOF-2025-də mübarizəyə başladı
22 iyul 2025 - 16:17 520
Skopye-2025 çərçivəsində keçrilən stolüstü tennis yarışları davam edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu gün daha bir idmançımız Uğur Nəzərli ilk görüşünə çıxıb.
“Partizan” idman zalında keçirilən görüşdə idmançımızın rəqibi irlandiyalı Peadar Şeridan olub. İkinci qrupun birinci turu çərçivəsində keçirilən görüş rəqib idmançının 3:1 (11:2, 11:9, 10:2, 11:6) qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl digər stolüstü tennisçimiz Şəbnəm Mansurova ilk görüşündə serbiyalı Maya Vanyoya 3:1 (8:11, 11:2, 11:8, 11:1) hesabı ilə məğlub olmuşdu.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı