Daniel Rikkardo: Burada yarışmaq heç də asan deyil
12 sentyabr 2024 1044
"Bakı Şəhər Halqasında yarışmaq heç də asan deyil".
Bu sözləri "Alfa Tauri" komandasının pilotu Daniel Rikkardo Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, Bakı ilə bağlı xoş xatirələrinin olduğunu vurğulayıb: "2017-ci ildə Azərbaycan Qran-Prisindən qalib kimi ayrıldım. Artıq aradan uzun zaman keçib. Yenidən eyni şəkildə mübarizə aparmaq asan olmayacaq. Amma xal qazanmaq üçün şanslar var".
Avstraliyalı sürücünün sözlərinə görə, yaxşı nəticə üçün komanda düzgün strategiya yerinə yetirməlidir: "Avtomobillərlə bağlı bütün problemlər həll olunub. Çox iş görmüşük. Həftəsonu formada olduğumuzu göstərməliyik".
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı