Dünya çempionatı: Azərbaycan akrobatları komanda hesabında gümüş medal qazanıblar
21 sentyabr 2024 1010
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında komanda hesabında gümüş medal qazanıblar.
Raziyə Seyidli ilə Ağasif Rəhimov qarışıq cütlüyü, Murad Rəfiyev və Daniel Abbasov kişi tandemi, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Məşayxidən ibarət kişi qrupu temp və balans hərəkətlərində finala yüksəliblər.
Bu nəticə ilə yığmamız Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq dünya çempionatında komanda hesabında ikinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı