Dünya çempionatı: Azərbaycan cüdo millisi qarışıq komanda yarışında mübarizəni dayandırıb
20 iyun 2025 - 15:30 99

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışlarına start verilib.
Azərbaycan millisi 1/8 finalda Almaniya seçməsi ilə üz-üzə gəlib. Yığma rəqibinə 1:4 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Yeganə qələbəni 90 kiloqramda mübarizə aparan Zelim Kotsoyev əldə edib.
Yığmanın heyətində Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kiloqram), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kiloqram), Aytac Qardaşxanlı (70 kiloqram) və Nigar Süleymanova (+70 kiloqram) yer alıblar.
Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları üç bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı