Dünya çempionatı: Azərbaycan cüdoçuları bir qızıl və bir bürünc medal qazanıb
30 avqust 2024 1060
Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları - Cəsur İbadlı və Mehdi Abbasov medallar qazanıblar.
Məlumata görə, Cəsur İbadlı (-73 kq.) qızıl medala sahib olub. Mehdi Abbasov (-81 kq.) isə bürünc medal qazanıb.
Azərbaycan 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunur. Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparır.
Dünən dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayıb. Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəkidə Cəsur İbadlı,-81 kq. çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxıblar.
Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

