Dünya çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar
01 dekabr 2023 783
Azərbaycanın sərbəst güləşçisi Orxan Abbasov Bakıda keçirilən hərbçilər arasında 36-cı dünya çempionatının ikinci günündə qızıl medal qazanıb.
79 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə qazaxıstanlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınların mübarizəsində isə Ruzanna Məmmədova (59 kiloqram) rəqibini üstələyərək birinci yeri tutub.
Azərbaycanın digər təmsilçisi - 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev türkiyəli Ahmet Dumana məğlub olaraq gümüş medalın sahibi olub.
Turnirin ilk günü Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.
Bununla da Azərbaycan güləşçiləri komanda hesabı ilə birinci pillədə qərarlaşıblar.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı