Xəbərlər

Dünya çempionatı: Gültac Məmmədəliyeva təsəlliverici görüşdə məğlub olub

05 oktyabr 2026 - 14:26 23

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

 

52 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə monqolustanlı Uranzaya Bayanmunxa məğlub olaraq medal qazanmaq şansını itirib.

 

Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.