Xəbərlər

Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb

07 oktyabr 2026 - 18:37 14

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

 

81 kq çəki dərəcəsində çıxış edən idmançı yarışdakı sonuncu qarşılaşmasında qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gəlib. 

 

Rəqibini məğlub edən Ö. Rəcəbli dünya çempionatında bürünc medal qazanaraq, ailə ənənəsini və idman varisliyini davam etdirib.

 

Tarixə nəzər salsaq, 25 il əvvəl - 2001-ci ildə Ömər Rəcəblinin atası, tanınmış cüdoçu Elxan Rəcəbli dünya çempionatında mübarizə apararaq bürünc medal qazanmışdı. İllər sonra gənc cüdoçu Ömər Rəcəbli atasının izi ilə gedərək, eyni nəticəni təkrar etməyi və dünya çempionatının bürünc medalını ölkəmizə qazandırmağı bacarıb.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.