Xəbərlər

Dünya çempionatı: Xədicə Qədəşova mübarizəni dayandırıb

06 oktyabr 2026 - 13:30 36

Azərbaycan cüdoçusu Xədicə Qədəşova (57 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

 

20 yaşlı idmançı 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gəlib.

 

Rəqibinə uduzan X.Qədəşova yarışla vidalaşıb.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.