Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub
07 oktyabr 2026 - 19:11 17
Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Azərbaycanın 4 cüdoçusu dünya çempionatının dördüncü günündə mübarizə aparacaq
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 7-də ... Ətraflı
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
Beynəlxalq Cüdo Federasiyasının (BCF) səfiri, gimnastika üzrə beşqat Olimpiya çempionu ... Ətraflı