Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi olub
09 sentyabr 2025 - 11:30 488
Azərbaycan güləşçiləri bu ay Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlığı Bakıda davam etdirirlər.
Bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.
Məşq prosesində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri iştirak edirlər. İdmançılar həm fiziki, həm də taktiki baxımdan son çalışmalarını həyata keçiriblər.
Sərbəst güləşçilər sentyabrın 11-də, qızlar 13-də, yunan-Roma millisi isə 16-da turnirin keçiriləcəyi şəhərə yola düşəcəklər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı