Dünya çempionatında iştirak edəcək Azərbaycan karateçiləri bəlli olub
20 oktyabr 2023 1272
Karate üzrə Azərbaycan millisinin Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Nüfuzlu yarışda ölkəni ümumilikdə 18 idmançı təmsil edəcək. Kumite yarışlarında Əminağa Quliyev (60 kiloqram), Tural Ağalarzadə (67 kiloqram), Fərid Ağayev (75 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), Fidan Teymurova (50 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Renata Ərəbli (61 kiloqram) və İrina Zaretska (68 kiloqram) qüvvəsini sınayacaq.
Kişilərin komanda yarışlarında Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) də yığmaya qoşulacaq. Qadın karateçilərin mübarizəsində isə fərdi yarışlarda qüvvəsini sınayacaq təmsilçilər döyüşəcəklər.
Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.
Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Vidadi Xalıqov və Ariana Mitlinovaya güvənəcək.
Qeyd edək ki, karate üzrə dünya çempionatı oktyabrın 24-dən 29-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı