Dünya çempionatında milli komandamızın daha bir cüdoçusu bürünc medal qazanıb
28 avqust 2025 - 17:54 443
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında milli komandamız daha bir uğura imza atıb.
-60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb.
İdmançımız əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib. Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dünən -50 kq çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalmışdı.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı