DÜNYA ÇEMPİONU ESPORTS ARENADA QONAQ OLDU
08 mart 2023 1195
Beynəlxalq qrossmeyster, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Gövhər Beydullayeva Qafqazın ən böyük esports arenasında qonaq olub.
Xanım şahmatçı ilə görüşən Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov G.Beydulllayevaya arena və ölkəmizdə elektron idmanın inkişafı barədə məlumat verib. Şahmatçıların hazırlıq zamanı kompüterdən istifadə etdiyini xatırladan A.Mahmudov elektron idman növlərinin birbaşa olaraq bilgisayarda oynanıldığını qeyd edib. Azərbaycanda populyar kompüter oyunları arasında şahmatın da olması xüsusi vurğulanıb.
Federasiya rəhbəri görüşün məhz 8 mart – beynəlxalq qadınlar günündə baş tutmasının böyük məna daşıdığını bildirib: “Azərbaycan xanımları müxtəlif sahələrdə uğur qazanmaqla daim ölkəmizin adını uca tutub. Şahmat kimi çətin idman növündə 20 yaşlılar arasında ilk azərbaycanlı dünya çempionu kimi Gövhər Beydullayeva gənclərə böyük nümunədi”.
Sonra Gövhər Beydullayeva kompüterdə şahmat oynamaqla dostluq görüşündə iştirak edib.
Görüşün sonunda Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov dünya çempionunu bayram münasibəti ilə təbrik edib, Gövhər Beydullayevaya Avropa çempionatında uğurlar arzulayıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı

.jpeg)