Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə dönüb
24 may 2024 913
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüb.
Ccüdoçunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançının yaxınları qarşılayıblar.
Z. Kotsoyev dünya çempionatında qazandığı nəticə ilə "Paris-2024" Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq yollanacaq.
Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmiz iki qızıl medal qazanıb. Zelim Kotsoyevdən öncə Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı