Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
03 mart 2025 609
Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Olympic.az "Report"a istinadən xəbər verir ki, rəsmilər abidənin önünə əklil və gül dəstələri qoyublar.
Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, martın 5-dək Bakıda səfərdə olacaq federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı