Xəbərlər

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

01 oktyabr 2026 - 13:50 16

Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokuna start verilib.

 

İlk gündə Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Vlastilina Xasyanova, Yeqor Maynitski ümumilikdə 9 növdə bacarıqlarını nümayiş etdiriblər.

 

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq növdə (1.05,39) Azərbaycan rekorduna imza atıb.

 

Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda (53.02) finala vəsiqə qazanıb. Final sessiyasında, həmçinin 200 metr məsafəyə brass üsulu ilə yarışda Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə yarışda Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla yarışda Oqtay Hüseynov iştirak edəcəklər.

 

400 metr məsafəyə sərbəst üsul ilə yarışda Anastasiya Qnusina, 50 metr məsafəyə arxasıüstə üzmə yarışında Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsul ilə yarışda Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər. Yeqor Maynitski isə həm 100 metr məsafəyə qarışıq, həm də brass üsulu ilə yarışda öz nəticəsini yaxşılaşdırıb.

 

Yarışın axşam seansından, finallardan öncə, saat 18:30-da açılış mərasimi olacaq.

 

Turnirə oktyabrın 3-də yekun vurulacaq.