Dünya Kubokunda iştirak edəcək Azərbaycan atıcıları bəlli olub
24 yanvar 2024 1001
Misirin paytaxtı Qahirə şəhərində bu gün start götürəcək Atıcılıq üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
Kişilər arasında Ruslan Lunyov 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən tapança ilə sürətli atəş açma, qadınlar arasında Nigar Nəsirova 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında mübarizə aparacaq.
Bununla yanaşı, onlar pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açma üzrə qarışıq komanda yarışlarında da öz qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.
Bənzər xəbərlər
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı