Xəbərlər

Dünya rekordçusu faciəvi şəkildə dünyasını dəyişib

12 fevral 2024 87

Məşhur keniyalı atlet Kelvin Kiptum dünyasını dəyişib.

 

Afrikalı idmançı məşqçisi ilə birlikdə avtomobil qəzasına düşüb. 24 yaşlı atletin idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində məşqçi də həlak olub.

 

Polislər yalnız avtomobildə olan üçüncü sərnişinin həyatını xilas edə biliblər.

 

Qeyd edək ki, Kelvin Kiptum ötən il İngiltərənin paytaxtı Londonda və ABŞ-ın Çikaqo ştatında keçirilmiş marafonların qalibi olub. O, Böyük Britaniyadakı yarışda 2:01:25 saniyə göstərici ilə dünya rekordunu yeniləyib.