Dünya reytinqi: Azərbaycanın iki güləşçisi öz çəki dərəcəsində liderdir
28 noyabr 2024 998
Dünya Güləş Birliyi (UWW) 2024-cü il üçün yekun reytinq cədvəlini açıqlayıb.
Qurumun rəsmi saytına istinadən, cədvəldə Azərbaycan güləşçilərinin də mövqeləri bəlli olub.
Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kiloqram) və Ülvi Qənizadə (72 kiloqram) öz çəki dərəcələri üzrə liderdirlər. Nihat Məmmədli (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə ikinci pillədə qərarlaşıblar.
Sərbəst güləşçilərdən yalnız Nürəddin Novruzov (61 kiloqram) ilk üçlükdə yer alıb. O, öz çəki dərəcəsi üzrə ikincidir.
Qadın güləşində isə ən yaxşı nəticə üçüncü sırada yer alan Alyona Kolesnikə (59 kiloqram) məxsusdur.
Qeyd edək ki, siyahı tərtib edilərkən Olimpiya Oyunları, dünya və qitə çempionatları, eləcə də reytinq turnirlərinin nəticələri nəzərə alınıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı