Dünyanın məşhur idman saytlarından biri “İnside The Games” MOK-un IX hesabat-seçki Baş Məclisindən yazır
20 fevral 2025 1012
Dünyanın məşhur idman saytlarından biri "İnside The Games”də fevralın 18-də Milli Olimpiya Komitəsinin IX hesab-seçki Baş Məclisi ilə bağlı yazı dərc olunub.
Yazıda Baş Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevin yekdilliklə yenidən dörd illik müddətə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi qeyd edilib. Məqalədə Milli Olimpiya Komitəsinin 2022-2024-cü illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsinin dinlənildiyi və təsdiq edildiyi, həmçinin İlham Əliyevlə yanaşı, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayevin MOK-un İcraiyyə Komitəsinin üzvü seçilməsi barədə məlumat yer alıb.
"İnside The Games” saytında paylaşılan xəbərin tam mətnini oxumaq üçün aşağıdakı linkə keçid alın:
https://www.insidethegames.biz/articles/1151920/ilham-aliyev-azerbaijan-presiddent-noc
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı