Dünyaşöhrətli səyyahlar ilk dəfə Xəzər dənizini üzərək keçiblər
18 sentyabr 2024 1407
“Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyahlar - Karl Buşbi və Anjela Maksvel Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçiblər.
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri qarşılayıblar.
Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

