Xəbərlər

Əhməd Yusifov dünya çempionatında finala vəsiqə qazanıb

04 oktyabr 2026 - 15:41 28

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov finala yüksəlib.

 

-60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Əhməd Yusifov ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

 

Cüdoçumuz dünya çempionluğu uğrunda finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovla qarşılaşacaq.

 

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında final bloku saat 18:00-dan etibarən start götürəcək.

 

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.