Xəbərlər

Eldəniz Əzizli: Uğurlarımız bununla bitməyəcək

26 sentyabr 2023 435

Yunan-Roma güləşi üzrə yığmamız idman tarixində yeni uğura imza atdı. İlk dəfə komanda olaraq dünya çempionu olduq. Bu, həm bizim, həm də bütün Azərbaycan idmanı üçün böyük nailiyyətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə qızıl medal qazanaraq üçqat dünya çempionu olan Eldəniz Əzizli Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı güləşçi üçüncü dəfə dünya çempionu olmaqla rekordunu yenilədiyini vurğulayıb: "Qızıl medalın sahibi oldum. Rafiq Hüseynov da qazandığı qızıl medalla ikinci dəfə çempion oldu. İnanıram ki, uğurlarımız bununla bitməyəcək. Yekunda iki lisenziya əldə etdik. İnanıram ki, komandamız daha yaxşı hazırlaşıb Olimpiya Oyunlarına bütün lisenziyaları əldə edəcək və güləşsevərləri daha da sevindirəcək".