Oğlanlardan ibarət çimərlik güləşi komandamız Olimpiya Oyunlarının qalibi oldu
09 noyabr 2026 - 12:24 67
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə oğlanlardan ibarət milli komandamız çempion olub.
Komandamızın üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıblar. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Azərbaycan komandası 70 xalla komanda hesabında birinci yeri tutub.
Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.
Bənzər xəbərlər
Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ... Ətraflı