Əli Əliyev Gimnaziadada qızıl medal qazanıb
29 oktyabr 2024 1087
Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunlarında boks yarışlarında final görüşlərinə start verilib. Məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisinin heyətində həlledici döyüşə ilk olaraq Əli Əliyev (46 kq) çıxıb.
Erməni boksçu ilə qarşılaşan təmsilçimiz inamlı qələbə qazanaraq çempion tituluna yiyələnib. Bu, komandamızın Manamada ilk qızıl medalı olub.
Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandamızın heyətində daha 8 boksçumuz finalda yarışacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı