Əli Şükürlü Avropa birinciliyində 1 gümüş, 2 bürünc medal qazandı!
03 noyabr 2024 856
24 oktyabr - 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda iştirak edən Azərbaycan yığma komandasının ən ağır çəkili idmançısı Əli Şükürlü medal kolleksiyamıza daha 3 mükafat əlavə edib. Atletimiz birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb. Təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıran Əli Şükürlü bu dəfə bürünc medala sahib olub. Təmsilçimiz toplam çəkidə də ən güclü üçlüyə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticəyə imza ataraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı